“Kainat gözəli” finalçısı 23 yaşında öldü
05 may 2023 22:32 (UTC +04:00)

“Kainat gözəli” finalçısı 23 yaşında öldü

Avstraliyalı “Kainat gözəli 2022” müsabiqəsinin iştirakçısı, 23 yaşlı Sienna Wear mayın 4-də faciəvi şəkildə at sürərəkən qəza edib və dünyasını dəyişib. 

Lent.az xəbər verir ki, bu barədə "The New York Post" məlumat yayıb.

Qəza bir neçə gün əvvəl baş verib. İki gün reanimasiyada qalan qız dünyasını dəyişib.

Sidney Universitetinin məzunu olan Sienna Weir İngilis ədəbiyyatı və psixologiyası üzrə dərəcə alıb.

O, bacısı, bacısı qızı və qardaşı oğlu ilə daha yaxın olmaq üçün Böyük Britaniyaya köçməyi planlaşdırırdı.

O, "Scoop Management" model agentliyi ilə əməkdaşlıq edirdi.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1827
avatar

Oxşar yazılar