Kahramanmaraşın Pazarcık rayonunda tornado səbəbiylə zəlzələ qurbanlarının qaldığı çadırlar dağılıb. Dağılmış binaların damından düşən parçalardan xəsarət alanlar olub.
Lent.az-ın Türkiyə mediasına istinadla xəbərinə görə, zəlzələdən sonra qurulan bəzi çadır və konteynerlərə də təsir edən fırtına nəticəsində 1 nəfər ölüb, 34 nəfər yaralanıb.
Qasırğanın təsiri ilə rayonda bəzi avtomobillərin çevrildiyi görülüb.
Yaralıların xəstəxanalara yerləşdirildiyi bildirilir.