Rusiyanın Həştərxan vilayətində kafedə silahlı insident baş verib.
Lent.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin region idarəsi məlumat yayıb.
Nərimanov rayonunda baş verən hadisə nəticəsində 4 nəfər güllə yarası alıb.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Hadisənin başvermə səbəbləri araşdırılır.