Kabus görən əsgər yuxudan oyanıb həmkarlarını GÜLLƏLƏDİ
28 dekabr 2023 12:12 (UTC +04:00)

Kabus görən əsgər yuxudan oyanıb həmkarlarını GÜLLƏLƏDİ

Aşkelondakı düşərgədə tətildə olan İsrail Müdafiə Qüvvələrinin (IDF) əsgəri gecə yarısı kabus görərək oyanıb və divara atəş açaraq bir neçə əsgər yoldaşını yaralayıb.

Lent.az xəbər verir ki, bu barədə “Jerusalem Post” qəzeti məlumat yayıb.

Bildirilir ki, posttravmatik sindromdan əziyyət çəkdiyi iddia edilən əsgər gecə kabusdan oyanıb və qəfildən yataq otağının divarına atəş açmağa başlayıb.

Bir neçə döyüşçünün qəlpələrdən yaralandığı qeyd edilir. Hərbi polis hadisə ilə bağlı araşdırmalara başlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3783
avatar

Oxşar yazılar