Emmanuel Makron
20 yanvar 2022 07:10 (UTC +04:00)

Emmanuel Makron

Jurnalistlər Makronun mətbuat konfransını boykot etdi - SƏBƏB

Fransa Prezidenti Emmanuel Makronun mətbuat konfransı sual vermək qadağası səbəbindən jurnalistlərsiz keçirilib.

Lent.az xəbər verir ki, bu barədə “FranceInfo” məlumat yayıb.

“Makronun Avropa Parlamentindəki çıxışından sonra baş tutmalı olan mətbuat konfransı sualsız bəyanata çevrildi. Avropalı jurnalistlər etiraz əlaməti olaraq mətbuat konfransı başlamazdan əvvəl zalı tərk etdilər”, - agentliyin müxbiri bildirib.

Fransanın “CNews” portalının jurnalisti Lois Siqnor “Twitter” hesabında yazıb ki, media nümayəndələri bir neçə saatdır ki, suallar vermək üçün Makronun görünməsini gözləyirlər.
 

# 1092
avatar

Oxşar yazılar