Saxalin vilayətində 49 yaşlı qadın polisə itinin oğurlandığını bildirib.
Lent.az-ın Rusiya mediasına istinadla məlumatına görə, dəyən ziyanın məbləği 90 min rubl olub. Tezliklə günahkar müəyyən edilib.
“Kişi saxlanılaraq əlavə araşdırma üçün polis şöbəsinə aparılıb. Məlum olub ki, iti qaçırandan sonra yemək məqsədi ilə öldürüb”, - məlumatda bildirilir.
Saxlanılan şəxs barəsində “Oğurluq” və “Heyvanlara qarşı amansızlıq” maddələri ilə iki cinayət işi başlanıb. Məlum olub ki, 36 yaşlı şübhəli əvvəllər bir neçə dəfə mühakimə olunub.