İtaliyanın cənubundakı Siciliya adasında baş verən meşə yanğınları üç nəfərin ölümünə səbəb olub.
Lent.az xəbər verir ki, son 36 saatdır davam edən yanğınların söndürülməsi üçün mülki müdafiə qüvvələri səfərbər olub. Bölgədən təxminən iki min insan təxliyə edilib.
Kalabriya regionunun Reccio şəhərində isə bir nəfər meşə yanğınının qurbanı olub.
Hazırda hökm sürən küləkli hava şəraiti yanğınların söndürülməsinə mane olur.