Ermənistanın Mülki Aviasiya Komitəsi Türkiyənin “Pegasus Airlines” şirkətinin İstanbul-İrəvan-İstanbul marşrutu üzrə reyslər həyata keçirməsinə razılıq verib.
Lent.az-ın “Sputnik Armeniya”ya istinadla xəbərinə görə, bu barədə Ermənistanın Ərazi İdarəetməsi və İnfrastruktur nazirliyi məlumat verib.
Qeyd edək ki, bir müddət əvvəl analoji icazə Ermənistanın “Flyone” şirkətinə də verilib.