Türkiyənin İstanbul şəhərində İŞİD və Əl-Qaidə terror qruplaşmalarına qarşı əməliyyat keçirilib.
Lent.az yerli mediaya istinadla bildirir ki, terrorçulara qarşı əməliyyat şəhərin 8 qəsəbəsində 12 mütxəlif ünvanda baş tutub. Nəticədə 15 əcnəbi saxlanılıb.
Xüsusi əməliyyat qruplarının da iştirak etdiyi əməliyyatlarda bu şəxslərə aid çoxlu təşkilati sənədlər və rəqəmsal materiallar da ələ keçirilib.
Araşdırma aparılır.