İstanbulda AK Partiyanın bürosu qarşısında atəş açıldı
22 aprel 2023 02:55 (UTC +04:00)

İstanbulda AK Partiyanın bürosu qarşısında atəş açıldı

Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının (AK Partiya) bürolarına silahlı hücum olub.

Lent.az xəbər verir ki, bub arədə NTV məlumat yayıb.

Bildirilib ki, İstanbulda yerli vaxtla 22:15 radələrində baş verən hadisədə ölən və ya yaralanan olmayıb.

Motosikletdə olan iki nəfərdən birinin seçki əlaqə bürosunun qarşısından keçərkən havaya 5 atəş açdığı, 4 güllənin isə binanın yuxarı mərtəbələrinə dəydiyi bildirilib.

Hadisə yerinə çox sayda polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1464
avatar

Oxşar yazılar