İsrailin hücumu zamanı 4 İran əsgəri  ölüb - YENİLƏNİB
26 oktyabr 2024 18:15 (UTC +04:00)

İsrailin hücumu zamanı 4 İran əsgəri ölüb - YENİLƏNİB

İsrailin İrana qarşı həyata keçirdiyi hava hücumları nəticəsində ölən əsgərlərin sayı 4-ə çatıb.

Lent.az xəbər verir ki, İran mediasının yaydığı məlumata görə, İslam Respublikası Ordusundan Məhəmməd Mehdi Şahruxi, Həmzə Cahandide, Səccad Mənsuri və Mehdi Nəqəvi şənbə günü İsrailin hücumlarında həlak olublar.

***
12:20

İsrailin İrana bu gecə endirdiyi zərbələr nəticəsində iki İran əsgəri həlak olub.

Lent.az xəbər verir ki, bu barədə Tasnim xəbər agentliyi məlumat yayıb.

Əlavə məlumat verilməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2304
avatar

Oxşar yazılar