İsrail və Mərakeş səfirlik açmaq barədə razılığa gəldi - TARİXİ ADDIM
13 avqust 2021 07:17 (UTC +04:00)

İsrail və Mərakeş səfirlik açmaq barədə razılığa gəldi - TARİXİ ADDIM

“İsrail və Mərakeş bir neçə ay ərzində diplomatik əlaqələrin səviyyəsini yüksəltmək və səfirlik açmaq barədə razılığa gəliblər”. 

APA "Al -Arabiyya" telekanalına istinadən xəbər verir ki, bu barədə cümə axşamı Kasablankada səfərdə olan İsrailin xarici işlər naziri Yair Lapid bildirib.

Nazir deyib ki, əlaqə bürolarından səfirliklərə qədər diplomatik münasibətlərin səviyyəsini yüksəldəcəyik, bir neçə ay ərzində səfirliklər açılacaq.

Qeyd edək ki, Lapid cümə axşamı İsrailin Mərakeşdəki əlaqə ofisinin (diplomatik missiya) Rabatdakı açılış mərasimində iştirak edib.

İsrail XİN başçısı çərşənbə günü Mərakeş səfərinə başlayıb. Rabatda V Məhəmmədin məqbərəsini - Mərakeş kral ailəsinin məzarını ziyarət edib, sonra Mərakeş xarici işlər naziri Nasser Burita ilə görüşüb. 

Tərəflər üç sənəd imzalayıblar: siyasi məsləhət mexanizminin yaradılması haqqında anlaşma memorandumu, mədəniyyət, gənclik və idman sahəsində əməkdaşlıq haqqında saziş və Mərakeş Krallığı hökuməti ilə İsrail hökuməti arasında hava nəqliyyatı haqqında saziş. 

Bu, İsrail XİN rəhbərinin 2003-cü ildən bəri və eyni zamanda 2020-ci ilin dekabrında iki ölkə arasındakı münasibətlərin tam normallaşması ilə bağlı bəyanatından sonra ilk səfəridir. Hər iki ölkə rəsmiləri bunu tarixi addım adlandırıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1731
avatar

Oxşar yazılar