Ukraynada vəziyyətin gərginləşəcəyi təqdirdə, İsrail vətəndaşlarının təxliyəsi üçün Rusiayadan kömək istəyib.
Lent.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə İsrailin “Axios” portalı məlumat yayıb.
Portalın məlumatına görə, İsrail Rusiyadan vətəndaşlarının quru yolu ilə Ukrayna ilə qonşu olan ölkələrə təxliyəsi üçün humanitar dəhlizlər aça biləcəyinə dair zəmanət almaq istəyir.
İsrailin Kiyevdəki səfirliyinin dayandırlmasından sonra Lvovda alternativ diplomatik nümayəndəlik yaradılıb.
Portal qeyd edir ki, İsrail Xarici İşlər Nazirliyinin baş direktoru Alon Uşpiz fevralın 16-da Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov ilə bu məsələləri müzakirə edib.