İsrail ordusu cümə günü gecə Qəzza zolağı ərazisinə zərbələr endirib.
APA-nın xəbərinə görə, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Əl Hatadh telekanalının məlumatına görə, Fələstinin Qəzza zolağında çoxsaylı partlayış səsləri eşidilir. İsrail aviasiyası anklavın şimal və mərkəzi rayonlarına zərbələr endirib. İsrail təyyarələri sektorun inzibati nəzarətində olan Fələstinin HƏMAS hərəkatının obyektlərinə hücum edir.
Eyni zamanda, İsrailin baş naziri Benyamin Netanyahu əsas nazirlərin iştirakı ilə hərbi-siyasi kabinetin fövqəladə iclasını keçirir. İclas ölkənin şimal bölgələrinin Livan ərazisindən kütləvi raket zərbəsinə məruz qalmasından sonra çağırılıb.