İsrailin baş naziri Benyamin Netanyahu cümə günü Təl-Əvivdə törədilən terror aktından sonra hərbi polisin ehtiyatda olan bütün şəxsi heyətin səfərbər edilməsi barədə göstəriş verib.
Lent.az xəbər verir ki, bu barədə Baş nazirin ofisi məlumat yayıb.
Həmçinin əlavə ordu qüvvələrinin səfərbər edilməsi barədə də göstəriş verilib.
Netanyahu həmçinin vətəndaşları təhlükəsizlik xidmətlərinin göstərişlərinə əməl etməyə çağırıb.