İsrail Müdafiə Qüvvələrinin (İDF) sözçüsü Daniel Haqari general-mayor Nimrod Aloni və briqada generalı Avi Rosenfeldin tutulduğunu təkzib edib.
Lent.az xəbər verir ki, bu barədə onun rəsmi bəyanatında deyilir.
İDF sözçünün sözlərinə görə, Aloni və Rosenfeldin oğurlanması da daxil olmaqla bir çox saxta xəbərlər yayılır, lakin bu, doğru deyil.
Medianın yazdığı kimi, Aloni daha əvvəl hökumətin mətbuat xidməti tərəfindən yayımlanan İsrail Təhlükəsizlik Şurasının iclasının yayımında iştirak edib.
***
Saat: 15:29
Fələstin yaraqlıları İsrail ordusunun generalını ələ keçirdiklərini iddia edirlər.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, onun Kerem Şalom keçid məntəqəsini yardıqdan sonra ələ keçirildiyi bildirilir.
Əsir götürülən hərbçinin İsrail ordusunun briqada generalı Nimrod Aloni olduğu qeyd edilir. Bildirilir ki, silahlılar generalı evinə basqın zamanı ələ keçirərək Qəzzaya aparıblar.
Aloni 2022-ci ilin avqust ayına qədər Qəzza diviziyasının komandiri olub. Lakin o, daha sonra İsrailin “Dərin Qüvvələr” xüsusi əməliyyat bölməsinə rəhbərlik edib.
Məlumata görə, generalın əsir götürülməsini əvvəlcə HƏMAS, daha sonra İsrail mediası açıqlayıb.