İspaniyanın paytaxtı Madrid şəhərində yerli polis və Gürcüstan hüquq-mühafizə orqanları əməkdaşlarının birgə əməliyyatı nəticəsində 25 oğru saxlanılıb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, əməliyyat Madriddə və ətraf qəsəbələrdə taparılıb.
Məlumata görə, polis evlərdən oğurluq edənləri ötən ildən axtarırmış. İlkin araşdırma zamanı məlum olub ki, əslən Gürcüstandan olan oğrular xüsusi açarlarla və kustar üsulla hazırlanmış linglərlə evlərə basqın edirdilər.
Onlar basqınları əsasən gündüz vaxtı həyata keçirirdilər.