İrəvandan Moskvaya uçan sərnişin təyyarənin QAPISINI AÇMAQ İSTƏDİ -VİDEO
30 may 2024 22:11 (UTC +04:00)

İrəvandan Moskvaya uçan sərnişin təyyarənin QAPISINI AÇMAQ İSTƏDİ-VİDEO

İrəvandan Moskvaya uçan sərnişin stüardessalarla aqressiv davranmağa başlayıb və təyyarənin salonunda qapını açmağa cəhd edib.

Lent.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk mayın 30-da özünün “Telegram” kanalında məlumat verib.

Onun sözlərinə görə, aviaşirkət işçiləri digər sərnişinlərlə birlikdə davakar şəxsi qapıdan itələyərək əllərini plastik kəndirlə bağlayıblar.

Saxlanılan şəxs Rusiya Daxili İşlər Nazirliyinin Domodedovo hava limanındakı növbətçi məntəqəsinə aparılıb.

Orada həmin şəxs narkotik qəbuluna dair tibbi müayinədən keçməkdən imtina edib.

 Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi bildirib ki, saxlanılan şəxsə inzibati qaydada 7 sutka həbs cəzası verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2850
avatar

Oxşar yazılar