Ermənistanın paytaxtı İrəvanda Respublika meydanından Osmanlı Türkiyəsində erməni “soyqırımı” qurbanlarının xatirəsinə məşəl yürüşü başlayıb.
Lent.az Ermənistan mediasına istinadən xəbər verir ki, məşəl yürüşünün iştirakçıları Türkiyə və Azərbaycan bayraqlarını yandırıblar.
Bildirilib ki, yürüşə erməni ruhanilərinin nümayəndələri rəhbərlik edirlər.