İraqın Ərbil hava limanı raket atəşinə tutuldu
12 sentyabr 2021 02:28 (UTC +04:00)

İraqın Ərbil hava limanı raket atəşinə tutuldu

İraqın şimalında yerləşən Ərbil Beynəlxalq Hava Limanı yaxınlığına azı üç raket atılıb.

APA xəbər verir ki, bu barədə yerli şahidlərə istinadən Reuters agentliyi məlumat yayıb.

Şahidlərin dedikllərinə görə, raketlər ABŞ Silahlı Qüvvələrinin yerləşdiyi əraziyə düşüb. Onlar ərazidə altı partlayışın eşidildiyini bildiriblər. İnsan tələfatı barədə məlumat verilməyib.

Yerli “Rudaw” telekanalı raketlərin pilotsuz uçuş aparatından atıldığını bildirib. 

# 1314
avatar

Oxşar yazılar