İraqda 13 nəfər qorxunc xəstəliyə  yoluxdu
19 iyun 2022 21:07 (UTC +04:00)

İraqda 13 nəfər qorxunc xəstəliyə yoluxdu

İraqın Süleymaniyyə şəhərində 11 vəba xəstəsi aşkar edilib. Bundan başqa hərəsində 1 nəfər olmaqla Kərkük və Muthanna şəhərlərində də xəstələr müəyyən olunub.

Lent.az xəbər verir ki, bu barədə İraqın Səhiyyə Nazirliyi məlumat verib. Qeyd olunur ki, Süleymaniyyədə daha 56 nəfərdən analiz götürülərək Bağdaddakı laboratoriyaya aparıllıb.

Son 10 gündə Süleymaniyyədə 4 mindən çox adam diareya və qusma şikayətləri ilə xəstəxanalara müraciət edib. Nazirlik bildirir ki, vəba qorxulu xəstəlik olsa da, müalicəsi mümkündür. Hələlik vəbadan ölüm qeydə alınmayıb.

İraqda sonuncu dəfə vəba xəstəliyi 2015-ci ildə müşahidə edilib. O zaman yüzədək bağdadlı bu xəstəliyə yoluxmuşdu. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2700
avatar

Oxşar yazılar