Ceyk Sallivan
12 iyul 2022 02:56 (UTC +04:00)

Ceyk Sallivan

İranın Rusiyaya çox sayda PUA verməyi planlaşdırır - ABŞ RƏSMİSİ

0

ABŞ hökuməti İranın Rusiyaya bir neçə yüz PUA verəcəyini ehtimal edir.

Lent.az-ın xəbərinə görə, bu barədə ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan mətbuat konfransında bildirib.

“Əldə etdiyimiz məlumata görə, İran tezliklə Rusiyaya bir neçə yüz PUA, o cümlədən silah daşıyan dronlar vermək istəyir. Məlumata görə İran həmçinin rusiyalı hərbçilərə PUA-lardan istifadə ilə bağlı təlim keçəcək. təlimin birinci mərhələsi iyulda başlayacaq” – deyə Sallivan əlavə edib. 

“Lakin İranın indiyədək Rusiyaya belə PUA-ları verib-vermədiyi məlum deyil”, - deyə müşavir qeyd edib.  
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1478

Oxşar yazılar