İranda 2020-ci ilin yanvarında Tehran səmasında Ukrayna Beynəlxalq Hava Yollarına (UIA) məxsus təyyarənin qəzaya uğraması ilə bağlı məhkəmə prosesi başa çatıb.
Lent.az-ın ISNA-ya istinadla xəbərinə görə, İranda vurulan Ukrayna təyyarəsi ilə bağlı məhkəmədə əsas təqsirləndirilən şəxsə 13 il həbs cəzası verilib.
Bildirilib ki, Ukrayna təyyarəsinin qəzaya uğraması ilə bağlı iş üzrə hökm üç illik araşdırmadan və 20 məhkəmə iclasından sonra çıxarılıb.
Qeyd edək ki, Ukrayna təyyarəsi 8 yanvar 2020-ci ildə Tehran hava limanından Kiyevə uçmaq üçün havaya qalxdıqdan qısa müddət sonra qəzaya uğrayıb. Nəticədə 176 nəfər həyatını itirib. Onların arasında Əfqanıstan, Böyük Britaniya, Almaniya, İran, Kanada, Ukrayna və İsveç vətəndaşları olub.