İranda sel və daşqınlarda 53 nəfər öldü
29 iyul 2022 23:11 (UTC +04:00)

İranda sel və daşqınlarda 53 nəfər öldü

0

Son 7 gündə İran baş verən sel və daşqınlarda indiyədək 53 nəfər ölüb, 16 nəfər itkin düşüb. 

Lent.az-ın APA-ya istinadla məlumatına görə,  bu barədə İranın Qızıl Aypara Təşkilatı məlumat verib.
Məlumatda qeyd olunur ki, ölkənin 21 əyaləti daşqınlardan zərər çəkib.

Üç min nəfər müvəqqəti yaşayış yeri ilə təmin edilib, 1 300-dən çox sakin xilas edilib. Son bir həftə ərzində ölkə üzrə 687 Qızıl Aypara qrupu tərəfindən ümumilikdə 17 000 nəfərə yardım göstərilib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1462

Oxşar yazılar