İranın Hormozqan əyalətinin Rudan şəhərində silahlı qarşıdurma baş verib.
Lent.az xəbər verir ki, bu barədə “Mouze” teleqram kanalı məlumat yayıb.
Məlumata görə, atışma zamanı polis mayoru Səid Muridi öldürülüb. Məsələ ilə bağlı Rudan şəhər Polis İdarəsi xəbər verib.
Məlumatda zabitin narkotik qaçaqmalçıları ilə silahı atışma zamanı həlak olduğu bildirilib.