İranda  MOSSAD agentləri   həbs olundu
21 iyun 2022 14:54 (UTC +04:00)

İranda MOSSAD agentləri həbs olundu

İran MOSSAD agentlərini saxlanıldığınıi iddia edir.

Lent.az bu barədə "Azad İran" telegram kanalına istinadən məlumat verir. Məlumatda bildirilir ki, Sistan-Bəluçistan əyalətinin prokuroru Mehdi Şəmsabadi iyunun 21-də mediaya açıqlamasında İsrail kəşfiyyatı MOSSAD-a işləyən bir neçə agentin həbs edildiyini iddia edib.

O, tutulanların 8 ay boyunca izlənildiklərini və İranın nüvə alimlərinə sui-qəsd etməyi planlaşdırdıqlarını deyib.

Sistan-Bəluçistan əyalətinin prokuroru İsrailə casusluq etdikləri iddia olunan şəxslərin sayı və kimliyi barədə heç bir açıqlama verməyib. Lakin onların müxtəlif əyalətlərdə həbs olunduqlarını və barələrində cinayət işi açıldığını bildirib. 

Qeyd edək ki, bir müddət öncə SEPAH-a yaxın “Fars” xəbər agentliyi İranın Kəşfiyyat Nazirliyinə (ETTELAAT) istinadən Sistan və Bəluçistan əyalətində İsrailə casusluq edən 3 nəfərin həbs olunduğunu yazmışdı.

Mehdi Şəmsabadi

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2718
avatar

Oxşar yazılar