İranda məmur kişi ilə  cinsi əlaqəyə görə   işdən qovuldu
30 iyul 2023 12:55 (UTC +04:00)

İranda məmur kişi ilə cinsi əlaqəyə görə işdən qovuldu

İranlı bir məmur onun bir kişi ilə cinsi əlaqədə olduğu iddia edilən videoya görə vəzifəsindən uzaqlaşdırılıb. 

Lent.az bildirir ki, bu barədə “Daily Mail” yazır.

Bildirilir ki, söhbət dindarlığa, hicab taxmağa və ölkənin mühafizəkar əsaslarının qorunmasına yönəlmiş Mədəniyyət Mərkəzinə rəhbərlik edən Gilan əyalətinin Mədəniyyət və İslam rəhbərliyi şöbəsinin müdiri Rza Saqatadan gedir. İslam şəriət qanunlarına əsaslanan İran qanunvericiliyində eynicinsli münasibətlər cinayətdir və ölüm cəzası kimi maksimum cəzaya səbəb olur.

Saqatinin və naməlum kişinin çəkildiyi video müxalif Radio Gilan Telegran kanalında yerləşdirilib. İyulun 22-də Gilan administrasiyası videoya cavab olaraq "İslam rəhbərliyinin direktorunun iddia edilən səhvi"ni bildirib. Onlar bildiriblər ki, iş “diqqətlə baxılması üçün məhkəməyə göndərilib”. 

Administrasiya rəsminin vəzifəsinin dayandırıldığını bildirib və videonun “İslam inqilabının nəcib mədəni cəbhəsini zəiflətmək” üçün istifadə edilməməsini istəyib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3372
avatar

Oxşar yazılar