İranda hamiləliyə nəzarət üçün "patrul xidməti"  YARADILDI
21 iyul 2022 09:53 (UTC +04:00)

İranda hamiləliyə nəzarət üçün "patrul xidməti" YARADILDI

İran xəstəxanalarında hamiləliyə nəzarət edən patrul xidməti fəaliyyətə başlayıb. 

Lent.az İranın teleqram kanallarından birinə istinadən xəbər verir ki,  qadınları hamilə qalmağa təşviq etmək və onların cərrahiyyə yolu ilə abort etməsinə mane olmaq üçün son vaxtlar ölkə xəstəxanalarında hamiləliyə nəzarət edən patrul xidmətləri yerləşdirilib. 

Bununla bağlı “Həmmihən” qəzeti yazıb:

“Səhiyyə Nazirliyinin əməkdaşları bir sıra xəstəxanalara cəlb olunub. Bunun üçün qanuni lisenziyası olan nəzarətçilər reproduktiv yaşda olan qadınları uşaq sahibi olmağa təşviq edir və ginekoloji əməliyyata müraciət edən qadınların bu addıma getməsini qadağan edirlər”. 

Qeyd edək ki, bir müddət əvvəl İranda qadınlara məcburi hicaba riayət etməsi üçün “əxlaq polisi” yaradılmışdı.  


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3207
avatar

Sevinc Fərid

Oxşar yazılar