İranda etirazlar zamanı daha iki yeniyetmə öldürülüb.
Lent.az-ın “Mouze” teleqram kanalına istinadən məlumatına görə, Rza Kazimi və Mahək Haşimi adlı 16 yaşlı yeniyetmələr hökumət qüvvələrinin açdığı atəş və dəyənək zərbələri nəticəsində dünyalarını dəyişiblər.
Rza Kazimi noyabrın 21-də etiraz aksiyasında güllə yarası aldıqdan sonra xəstəxanaya köçürülüb və yarasının ağır olduğuna görə ayın 27-də dünyasını dəyişib.
Mahək Haşimi isə noyabrın 25-də Şiraz şəhərində keçirilən etiraz aksiyasına qatıldığına görə döyülüb və ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Amma onun da həyatını xilas etmək mümkün olmayıb.
İranda etiraz aksiyaları başlayandan bu günə kimi 60-dan çox uşağı hökumət qüvvələri qətlə yetirib.