İranda daha 7 azərbaycanlı   həbs edildi
28 noyabr 2022 12:06 (UTC +04:00)

İranda daha 7 azərbaycanlı həbs edildi

İranda davam edən etiraz aksiyalarında daha 7 azərbaycanlı fəal saxlanılıb.

Lent.az-ın “Mouze” teleqram kanalına istinadən məlumatına görə, Şərqi Azərbaycan əyalətinin Məlikan şəhərində fəallar Hamid Vahidi, Sina Farabi, Babək Nemətzadə, Aydın Fərəczadə, Rza Məhəmmədi və Əkbər Fəthi həbs olunublar.

Bildirilir ki, Tehranda saxlanılan Vəhid Əliqulupur Evin zindanına, qalan 6 fəal isə Marağa şəhər həbsxanasına köçürülüb.

Fəalların həbs səbəbləri barədə dəqiq məlumat əldə etmək mümkün olmasa da, onların etiraz aksiyaları ilə bağlı saxlanıldıqları güman edilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1536
avatar

Oxşar yazılar