İran polisi hicaba görə  150-dən çox obyekti bağladı   
16 aprel 2023 21:11 (UTC +04:00)

İran polisi hicaba görə 150-dən çox obyekti bağladı   

Qadınların hicab taxmaq öhdəliyinə əməl etmədikləri üçün İranda son sutkada 150-dən çox müəssisə bağlanıb.

Lent.az-ın “mignews”a istinadən verdiyi xəbərə görə, bağlanma polisin müşahidə kameraları və üztanıma texnologiyasından istifadə edərək qanunu pozan qadınlara qarşı  mübarizəsi çərçivəsində həyata keçirilib. 

Qadınların ictimai yerlərdə hicab taxması tələbi 1979-cu il İslam İnqilabından qısa müddət sonra qanunla təsbit edilib.

"Təəssüf ki, polis 137 mağaza və 18 restoran və iş yerini geyim qaydalarına riayət etmədiyi üçün bağlamalı olub" - Təsnim xəbər agentliyi polis sözçüsündən sitat gətirib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1584
avatar

Oxşar yazılar