İran Əsədin devrilməsindən üç gün əvvəl  qoşunlarını Suriyadan necə çıxarıb? 
14 dekabr 2025 14:17 (UTC +04:00)

İran Əsədin devrilməsindən üç gün əvvəl qoşunlarını Suriyadan necə çıxarıb? 

0

Rejim əleyhdarı qüvvələrin Dəməşqə daxil olub Suriyada təxminən yarım əsr davam edən Əsəd hakimiyyətini devirməsindən bir il ötür. Bu müddət ərzində vətəndaş müharibəsi illərində rejimin fəaliyyəti ilə bağlı təəccüblü detallar üzə çıxır. 

Lent.az bildirir ki, AFP-yə danışan mənbələr ilk dəfə olaraq Əsədin ən böyük dəstəkçisi olan İranın Suriyadan necə tələsik geri çəkildiyini təsvir ediblər.

Ötən ilin dekabr ayında Suriyadakı rejim əleyhdarı qüvvələr qəfil hücuma keçərək paytaxt Dəməşqə doğru sürətlə irəliləyiblər. Hələb, Hama və Homs kimi Suriyanın böyük şəhərləri rejim əleyhdarı qrupların nəzarəti altına keçdikcə Dəməşqdəki nəticələrlə bağlı narahatlıqlar pik həddə çatıb və hətta bəzi şəxslər ölkəni tərk etməyə başlayıblar.

Dəməşq rejim əleyhdarı qüvvələrin əlinə keçməzdən əvvəl Suriyanı tərk edənlər arasında İran hərbi rəsmiləri və ölkədə yerləşən diplomatlar da olub.
2011-ci ildə başlayan Suriya vətəndaş müharibəsi tezliklə regional və qlobal güclərin iştirak etdiyi münaqişəyə çevrilib. Bu mərhələdə İran və Rusiya keçmiş Suriya rejiminin ən vacib müttəfiqləri arasında olublar.

İran 2013-cü ildə Suriya vətəndaş müharibəsinə qoşulub. İranın müdaxiləsindən sonra dəstəklədiyi qüvvələr Suriyadakı rejim üçün əhəmiyyətli irəliləyişlərə imkan yaradıb. Lakin 7 oktyabr hücumlarından sonra vəziyyət bütün regionda dəyişib və bu, Suriyaya da təsir edib, İranın dəstəklədiyi qüvvələrin təsirini tez bir zamanda azaldıb və Əsəd rejiminin devrilməsinə əhəmiyyətli dərəcədə töhfə verib.

Esad devrilmeden 3 gün önce İran, Suriyeden nasıl çıktı Pasaportlarını bile alamadılar

Rejimin devrilməsindən 3 gün əvvəl görüş keçirilib

AFP-yə danışan keçmiş Suriya ordusunun zabitləri kimi təqdim edən şəxslər vətəndaş müharibəsi zamanı çoxsaylı Suriya zabitlərinin İran İnqilab Keşikçilərinin komandanlığına verildiyini bildiriblər. Dəməşqdəki təhlükəsizlik qərargahında xidmət etdiyini deyən keçmiş Suriya zabitlərindən biri bildirib ki, ötən il dekabrın 5-də iranlı rəisi onu "vacib bir məsələni" müzakirə etmək üçün əməliyyat bölgəsinə çağırıb.

Təhlükəsizliklə bağlı narahatlıqlar səbəbindən anonimlik şərti ilə AFP-yə danışan keçmiş Suriya ordusunun üzvü bildirib ki, İran komandiri tərəfindən çağırılan görüşdə 20 suriyalı zabit iştirak edib.

Esad devrilmeden 3 gün önce İran, Suriyeden nasıl çıktı Pasaportlarını bile alamadılar

Görüşün mövzusunu öyrənəndə şoka düşdüklərini deyən mənbə, İran komandirinin onlara "Bu gündən etibarən İran İnqilab Keşikçiləri Suriyadan çıxır. Hər şey bitdi. Gələcəkdə sizin üçün məsuliyyət daşımırıq" dediyini bildirib. O əlavə edib ki, İran komandirinin əsgərlərə verdiyi son əmr həssas sənədləri və kompüter disklərini məhv etmək olub.

Vəziyyətin pis olduğunu bildiklərini, lakin bu qədər pisləşəcəyini gözləmədiklərini deyən anonim bir mənbə bildirib: "Biz işlərin yaxşı getmədiyini bilirdik, amma bu qədər irəlilədiyinin fərqində deyildik". 

Dekabrın 5-dəki görüşdən qısa müddət sonra Bəşər Əsəd Suriyadan Rusiyaya qaçıb. Dekabrın 8-də rejim əleyhdarı qüvvələr Dəməşqi ələ keçiriblər.

“Suriyanı çox tez tərk etdilər”

İranın Suriyadakı diplomatik nümayəndəliklərində çalışan personal da Suriyadakı hadisələrdən sonra ölkəni tez bir zamanda tərk edib. Təhlükəsizlik səbəbi ilə adının çəkilməsini istəməyən Dəməşqdəki İran konsulluğunda çalışan iki suriyalı işçi də İran diplomatlarının Suriyanı tələsik tərk etdiyini bildirib. AFP-yə danışan İran mənbələri işçilərin dediklərini təsdiqləyərək səfirlik binasının dekabrın 5-də boşaldıldığını və diplomatların Livanın paytaxtı Beyruta getdiyini bildiriblər.

Vətəndaş müharibəsi zamanı İranın komandanlığı altında olan qüvvələr Suriyanın bir çox yerində, xüsusən də Dəməşqin Seyyida Zeynəb rayonunda yerləşdirilib. Bu ərazilərdən biri də rejim əleyhdarı qüvvələr Əsədi devirərkən onları ələ keçirən ilk şəhər olan Hələb idi.

Esad devrilmeden 3 gün önce İran, Suriyeden nasıl çıktı Pasaportlarını bile alamadılar

Rejim əleyhdarı qüvvələr gözlənilməz hücuma başladıqdan sonra rejim Hələbə nəzarəti itirbi və bu da ərazidəki İranın dəstəklədiyi qüvvələri qəfil geri çəkilməyə məcbur edib. Adı çəkilməyən keçmiş Suriya ordusu zabiti bildirib ki, dekabrın 5-də yüksək rütbəli İran hərbi rəsmisi və çoxsaylı İran əsgər və zabitləri Rusiyanın nəzarətində olan Hmeymim hava bazasına təxliyə edilib və daha sonra təyyarə ilə Tehrana aparılıb.

Əsədin devrilməsindən əvvəl rejim əleyhinə qüvvələrin keçmiş üzvü və hazırda yeni Suriya ordusunda polkovnik olan Məhəmməd Dibo bildirib: "Təxminən 4000 İran əsgəri Rusiyanın Hmeymim bazasına sığınaraq təxliyə edilib. Digərləri isə Suriyanı İraq və ya Livan vasitəsilə quru yolu ilə tərk ediblər". 

Dibo əlavə edib ki, İranın dəstəklədiyi qüvvələr Suriyanı çox tez tərk edib: "Hələb bölgəsində istifadə etdikləri bazalara daxil olanda İran zabitlərinə məxsus pasportlar və şəxsiyyət vəsiqələri tapdıq; onların onları götürməyə belə vaxtları yox idi".
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 620

Oxşar yazılar