
İran donanması tarixində ən böyük DÖYÜŞ GƏMİSİ
İran çərşənbə axşamı donanması tarixində ən böyük “Makran” helikopter daşıyıcısı da daxil olmaqla iki yeni döyüş gəmisini nümayiş etdirib.
APA İRNA-ya istinadən xəbər verir ki, bu barədə İran Hərbi Dəniz Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
Qeyd edilib ki, “Makran” Hərbi Dəniz Qüvvələrinin uzaq dəniz hövzəsində, ilk növbədə Hind okeanının şimalında, Bab əl-Mandeb boğazı və Qırmızı dənizdəki əməliyyatları dəstəkləmək məqsədilə hazırlanmış müasir üzən bazadır. Bu baza 6 helikopter, sürət gəmisi və dəniz xüsusi təyinatlı qüvvələrini daşıya bilir.
İkinci gəmi “Zerekh” raket korvetidir.
Hər iki gəmi çərşənbə günü rəsmi olaraq xidmətə qəbul ediləcək, İran donanmasının Umman Körfəzindəki iki günlük “Ektedar” şərti ad altında keçiriləcək raket təlimində iştirak edəcək.
İran Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Hüseyni Xanzadinin sözlərinə görə, bu siniflərin digər gəmiləri yaxın illərdə hərbi arsenala daxil ediləcək.

Oxşar yazılar

Ərdoğan İlon Maskla kosmik əməkdaşlığı müzakirə etdi
27 yanvar 2021 , 23:40Gənc reper özünü öldürdü
27 yanvar 2021 , 19:19
Evli sevgilisini güllələyib sonra da...
27 yanvar 2021 , 16:44
Bu ölkədə 76 günə virusdan ölüm sayı 100 mini keçdi
27 yanvar 2021 , 09:45
Koronavirusun daha təhlükəli nəticələri MƏLUM OLDU
27 yanvar 2021 , 08:10Həftəsonu Yer kürəsi yaxınlığından böyük asteroid keçəcək
27 yanvar 2021 , 04:18
Etirazçılar Paşinyanın diplomatik pasportunu oğurlayıblar
27 yanvar 2021 , 02:12
Dünyada koronavirusa yoluxanların sayı 100 milyonu keçdi
27 yanvar 2021 , 00:10