İntim videoları yayılan məmura yüksək vəzifə verildi
07 noyabr 2023 11:08 (UTC +04:00)

İntim videoları yayılan məmura yüksək vəzifə verildi

Bir müddət öncə sosial şəbəkələrdə həmcinsi ilə intim videoları yayıldığına görə işindən uzaqlaşdırılan Gilan əyalətinin Mədəniyyət və İslami Təbliğat İdarəsinin rəhbəri, İffət və Hicab Mərkəzinin təsisçisi Rza Siqəti daha yüksək vəzifəyə təyin edilib. 

Lent.az “MOUZE” teleqram kanalına istinadən xəbər verir ki, bu barədə “Təcrübə” nəşrinin baş redaktoru Pejman Musəvi “X”(twitter) hesabında yazıb.  

“Rza Siqətini xatırlayırsınız? Sizcə ona nə olub? O, cəzalandırıldı? Barəsində tədbir görüldü? Bunların hamısını unudun! O, nəinki vəzifəsindən azad edilməyib, əksinə mədəniyyət və islami irşad nazirinin şəxsi dəstəyi ilə Tehrana gətirilib və hazırda İranın Mədəniyyət və İslami İrşad Nazirliyində əyalət işləri üzrə koordinasiya idarəsində işləyir”, - deyə paylaşımda deyilir. 


 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6699
avatar

Oxşar yazılar