Myanmanın şimalındakı bölgəyə həyata keçirilən hava hücumları nəticəsində 100-ə yaxın insan həlak olub.
Lent.az xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.
Zərbələr Myanma hakimiyyətinin əleyhdarları tərəfindən təşkil edilən mərasimin iştirakçılarına endirilib. Ölənlərin çoxunun uşaq olduğu bildirilir.
İlk olaraq 50-yə yaxın insanın öldüyü bildirilmişdi.
Şahidlərin sözlərinə görə, təyyarə səhər saatlarında müxalifət hərəkatının yerli ofisinin açılışına toplaşan insanların üzərinə bombalar atıb.