Türkiyənin Konya əyalətindəki bir təsərrüfatda qeyri-adi boya malik taxıl yetişdirilib.
Lent.az xəbər verir ki, əkilən buğöda sortu hündür boyludur. Adi halda zəmidə taxılın hündürlüyü 1,5 metrə çatır.
Bu il yağıntı bol olduğundan taxılın hündürlüyü 1,8 metri keçib. Buna görə də zəmiyə girən fermerlər görünməz olur.