İngiltərədə bu portret hamını qorxudur – İki dəfə satılıb geri qaytarılıb
15 oktyabr 2024 06:32 (UTC +04:00)

İngiltərədə bu portret hamını qorxudur – İki dəfə satılıb geri qaytarılıb

İngiltərədə bir gənc qız portretini alan insanların qorxu və panika içində geri qaytarması müzakirələrə səbəb olub.

Lent.az xəbər verir ki, müştərilər şəklin onları narahat etdiyini, bəziləri isə gözlərinin tərpəndiyini bildirib.

Dükan sahibi isə portretə "Yəqin ki, lənətlənib. İki dəfə satılıb iki dəfə geri gətirilib. Cəsarətin varmı?" qeydini əlavə edib.

Sosial şəbəkələrdə bəzi istifadəçilər bu iddiaların doğru ola biləcəyini müdafiə etdiyi halda bəziləri isə dükan sahibinin diqqəti cəlb etmək üçün hekayəni uydurmuş ola biləcəyini bildirib.

Rəsm əsəri əvvəlcə bir qadına 25 funta satılıb və cəmi iki gün sonra geri qaytarılıb. Qadın təşviş içində portreti geri qaytarmaq istəyib və onu narahat etdiyini bildirib. Bu hadisədən sonra portreti alan başqa bir qadın isə pulunu geri tələb etmədən bir neçə gün ərzində onu geri qaytarıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1512
avatar

Oxşar yazılar