Koalalar arasında yoluxucu xəstəlik yayılır.
Lent.az-ın xəbərinə görə, Sidney Universitetinin əməkdaşlarının tədqiqatı zamanı qəribə hal ortaya çıxıb.
Məlum olub ki, koalalar (kisəli ayı) arasında yeni xəstəlik sürətlə yayılır. Xəstəlik heyvanlara cinsi yolla keçir və artıq 500 baş koala yoluxub. Alimlər çıxış yolu kimi bütün heyvanların pyvənd olunmasını təklif ediblər.