Dünyanın ən varlı iş adamı, “Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri İlon Mask “Twitter” hesabında etdiyi paylaşıma görə xeyli müzakirələrə səbəb olub.
Lent.az xəbər verir ki, o, 1453-cü ildə İstanbulun fəthini vurğuladığı düşünülən paylaşım edib.
Belə ki, Mask paylaşımında yatmağa hazırlaşan Bizans əsgərinin fotosunu istifadə edərək üzərinə “Görəsən, qapını qıfıllamışam?” yazısını, paylaşımın altına isə “Konstantinopol 1453” şərhini yazıb. Bu paylaşıma təxminən 300 mindən çox bəyənmə gəlib və 16 mindən çox şərh yazılıb.
İzləyicilərin beynini qarışdıran İlona bir çox istifadəçi şərh bölümünə “O, bununla nə demək istəyir?”, “Konstantinopol nə vaxtdan bəri İstanbul olub ki?”, "Konstantinopol 1919-cu ildə İstanbul olub!" və s. kimi mübahisəli şərhlər yazıblar.
Xatırladaq ki, məşhur iş adamı İlon Mask həmin paylaşıma açıqlama verəcək bir addım atmayıb.