“Twitter” İlon Maska qarşı federal araşdırma başladıb.
Lent.az axəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Məlumata görə, keçən həftə İlon Mask şirkəti ilkin qiymətə razılaşdırılmış müqaviləni tamamlamağa çağırıb.
Buna görə hakimiyyət orqanları “Twitter”i 44 milyard dollara almaq istəyən İlon Maskla bağlı araşdırma aparır.
Amerikalı milyarderlə bağlı hansı araşdırmaların aparılacağı bəlli deyil.
Qeyd edək ki, ilk dəfə iyul ayında İlon Mask “Twitter” platformasını spam və saxta profillərin sayı ilə bağlı yanlış məlumatlar təqdim etdiyini iddia etmişdi. “Twitter” də öz növbəsində bu iddiaları rədd edib. Şirkət Maskı saxta profillərdən, botlardan bəhanə kimi istifadə etməklə ittiham edərək onu məhkəməyə verib.