İngiltərədə yaşayan gənc oğlan onu tanıyanları heyrətə gətirir.
Lent.az xarici mediaya istinadla bildirir ki, 2015-ci ildə ingiltərəli Xristofor Grin arvadı və qızı ilə birgə yağışlı havada xəstəxanaya gedirmiş. Bu zaman onu ildırım vurub. İldırım vurarkən isə Grinin əli tutduğu çətirin dəmir hissəsinə toxunub. Nəticədə gənc oğlan ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Xristofor Grin və ailəsi
O, sağ qalsa da, ildırım vurması sonradan onun həyatını tam dəyişib. Xristofor Grinin ildırım dəyən sağ qolu hər dəfə yağışdan bir neçə saat əvvəl sızıldamağa başlayır.
Digər tərəfdən, artıq X. Grin yağışlı və küləkli havalardan qorxur, hətta bayırda külək əsəndə evin qapısını bağlayır.