İki qatar TOQQUŞDU:  288 nəfər   öldü - YENİLƏNİB
03 iyun 2023 07:23 (UTC +04:00)

İki qatar TOQQUŞDU: 288 nəfər öldü - YENİLƏNİB

Hindistanın şərqində qatarların toqquşması nəticəsində ölənlərin sayı artıb.

Lent.az xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

Qeyd olunub hadisə nəticəsində 288 nəfər ölüb.

Təbii fəlakət cümə günü axşam saatlarında Balasore şəhəri yaxınlığında baş verib.

Rəsmilər baş verənlərlə bağlı bir neçə versiya səsləndiriblər.

Onlardan birinin sözlərinə görə, sərnişin qatarının vaqonları relsdən çıxıb, qarşıdan gələn sərnişin ekspressi ilə toqquşub.

***

Saat 05:52

Hindistanın şərqində yük və sərnişin qatarının toqquşması nəticəsində ölənlərin sayı artıb.

Lent.az xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb.

Ölənlərin sayının 223-ə çatdığı bildirilir.

***

Saaat 03:14

Hindistanın şərqində yük və sərnişin qatarının toqquşması nəticəsində ölənlərin sayı artıb.

Lent.az xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb.

Ölənlərin sayının 207-ə çatdığı bildirilir.

“ANI” agentliyi bildirib ki, yaralananların sayı təxminən 900 nəfərə yaxındır. Hüquq-mühafizə orqanları qurbanların sayı ilə bağlı KİV məlumatlarını hələlik təsdiqləməyib.

“Hindustan Times” qəzetinin məlumatına görə, aşmış vaqonların içində bir neçə yüz insan qala bilər.

***

Saat 00:07

Hindistanın şərqində üç qatarın toqquşması nəticəsində ölənlərin sayı 70-ə çatıb.

Lent.az xəbər verir ki, bu barədə “Press Trust of India” xəbər agentliyi məlumat yayıb.

Yerli sakinlər qurbanların sayının 100-ə çata biləcəyini deyirlər. Dörd yüzə yaxın insanın yaralandığı bildirilir.

Qəza yerində xilasetmə əməliyyatı davam edir.

***

02.06.2023

Saat 20:46

Hindistanın Odişa əyalətinin Balasore şəhərində yük qatarı ilə sərnişin qatarı toqquşub, ölənlər və xəsarət alanlar var.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, sərnişin qatarının yük qatarı ilə toqquşması nəticəsində sərnişin ekspressinin 8 vaqonu relsdən çıxıb.

İlkin məlumata görə, hadisə nəticəsində ən azı 50 nəfər ölüb, 179 nəfər yaralanıb. Qəza Balasore şəhərindəki Bahanaga stansiyasının yaxınlığında baş verib.

Odişadakı Xüsusi Yardım Komissarlığının ofisindən verilən açıqlamada bildirilib ki, qruplar axtarış-xilasetmə əməliyyatı üçün hadisə yerinə yola düşüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6654

Oxşar yazılar

İsrail və Suriya atəşkəs barədə razılığa gəldi

İsrail və Suriya atəşkəs barədə razılığa gəldi

19 iyul 2025 , 03:16
Ankarada  leysan   fəsadlar törətdi

Ankarada leysan fəsadlar törətdi

18 iyul 2025 , 23:48
56 yaşlı ekstremal idmançı faciəvi şəkildə öldü

56 yaşlı ekstremal idmançı faciəvi şəkildə öldü

18 iyul 2025 , 18:03
Makqreqor bu müğənniyə cinsi orqanının  şəklini göndərdi

Makqreqor bu müğənniyə cinsi orqanının şəklini göndərdi

18 iyul 2025 , 16:21
Səhvən lotereya bileti aldı, 2 milyon uddu

Səhvən lotereya bileti aldı, 2 milyon uddu

18 iyul 2025 , 13:18
Yeni qan qrupu TAPILDI:  yalnız bir nəfərdə var

Yeni qan qrupu TAPILDI: yalnız bir nəfərdə var

18 iyul 2025 , 10:44
Suriya lideri Dəməşqi tərk etdi

Suriya lideri Dəməşqi tərk etdi

18 iyul 2025 , 05:38
"Uber" pilotsuz  taksilərə keçir

"Uber" pilotsuz taksilərə keçir

18 iyul 2025 , 03:23