Fotoqraf Ceyn Barlou Böyük Britaniya kraliçası II Yelizavetanın ölümündən iki gün əvvəl yeni seçilən baş nazir Liz Trassla görüşü zamanı çəkdiyi son şəklini yayıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, Barlou Mühafizəkarlar Partiyasının liderinin Şotlandiyadakı malikanəyə gəlməsini gözləyən kraliçanın bir neçə portretini çəkib. O, 96 yaşlı kraliçanı zəif, lakin əhvalı yaxşı kimi təsvir edib.

Onun sözlərinə görə, kraliça yaydakından daha zəif və arıq görünürdü.
Xatırladaq ki, 96 yaşlı II Yelizaveta sentyabrın 8-də Şotlandiyanın Balmoral qəsrində ailəsinin əhatəsində nahardan sonra dünyasını dəyişib. Böyük Britaniyanı onun oğlu şahzadə Çarlz idarə edəcək. O, Çarlz III adını alıb.