Amerikanın “ Hollywood Unlocked” nəşrinin “Instagram” səhifəsində Böyük Britaniyanın kraliçası II Yelizavetanın ölməsi ilə bağlı xəbər yayılıb.
Lent.az-ın xarici mediaya istinadla məlumatınma görə, xəbərdə kral ailəsinə yaxın mənbələrə istinad edilib.
“O, “Vogue” jurnalının britaniyalı redaktoru Edvard Enninfulun toyunda iştirak etməli idi, lakin ölmüş vəziyyətdə tapılıb”, - məlumatda qeyd edilib.
Britaniyalı jurnalist Rikardo Bruks "Twitter"də xəbəri təkzib edib.
Öz növbəsində, “Hollywood Unlocked”in baş redaktoru Ceyson Li kraliçanın ölümü ilə bağlı xəbərin şayiə olmadığına israr edir.
“Biz yalan dərc etmirik və mən həmişə öz mənbələrimə inanıram. Saraydan rəsmi açıqlama gözləyirik”, - Ceyson qeyd edib.
Xatırladaq ki, bir neçə gündür kütləvi informasiya vasitələrində kraliçanın sağlamlıq vəziyyəti müzakirə edilir. Kraliça II Yelizaveta bu yaxınlarda koronavirusa yoluxub. Bukinqem sarayının nümayəndəsinin sözlərinə görə, xəstəlik yüngül keçir. Daha əvvəl kraliçanın ayaqlarında problemlər yaranmışdı.