Yanvarın 11-də Yerli vaxtla 13:00-da (Bakı vaxtı ilə 22:00) ABŞ-ın Dreksel Hill şəhərində (Pensilvaniya ştatı) təcili yardım helikopteri qəzaya uğrayıb.
Lent.az “CBS Philly” telekanalına istinadən xəbər verir ki, hadisə nəticəsində helikopterdə olan 4 nəfər xəsarət alıb.
Telekanalın məlumatına görə, göyərtəsində körpənin olduğu helikopter Merilenddən Filadelfiyadakı Uşaq Xəstəxanasına doğru uçurmuş.
Hadisə yerinə 30-a yaxın yanğınsöndürən və 7 tibb işçisi gəlib.
ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurası insidentin səbəbini müəyyən etmək üçün araşdırmalara başlayıb.