İaranda iki kişinin videosu yayıldı,  məmur işdən çıxarıldı
30 iyul 2023 01:59 (UTC +04:00)

İaranda iki kişinin videosu yayıldı, məmur işdən çıxarıldı

İranlı bir məmur onun bir kişi ilə cinsi əlaqədə olduğu iddia edilən videoya görə vəzifəsindən uzaqlaşdırılıb.

Lent.az xəbər verir ki, bu barədə “Daily Mail” yazır.

Bildirilib ki, həmin şəxs Gilan vilayətinin Mədəniyyət və İslam Rəhbərliyi İdarəsinin rəisi, dindarlığa, hicab taxmağa və ölkənin mühafizəkar əsaslarını qorumağa yönəlmiş mədəniyyət mərkəzini idarə edən Reza Tsaqatidir.

İslam şəriət qanunlarına əsaslanan İran qanunlarında eynicinsli münasibətlər cinayətdir və ölüm cəzası sayılır.

Tsaqatinin və naməlum kişinin çəkildiyi video müxalif “Telegram” Radio Gilan kanalında yerləşdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2250
avatar

Oxşar yazılar