"Homoseksuallıq  cinayət deyil"   - Roma Papası
25 yanvar 2023 15:15 (UTC +04:00)

"Homoseksuallıq cinayət deyil" - Roma Papası

Roma Papası Fransis homoseksuallığı cinayət hesab edən qanunları tənqid edərək, onları "ədalətsiz" adlandırıb. 

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bu barədə “Associated Press” agentliyinə müsahibəsində bildirib.

"Homoseksual olmaq cinayət deyil. Cinayət deyil, bəli, amma günahdır. Yaxşı, amma əvvəlcə günahla cinayəti ayırd etmək lazımdır. Həmçinin, günah bir-birinə mərhəmət göstərməməkdir".

O, etiraf edib ki, dünyanın bəzi yerlərində katolik yepiskopları homoseksuallığı cinayət hesab edən və ya LGBTQ icmasına qarşı ayrıseçkilik yaradan qanunları dəstəkləyir.

Eyni zamanda Frensis “Tanrı bizi olduğumuza görə sevir” deyərək diqqət çəkib və kilsəni dözümsüzlüklə mübarizəyə çağırıb.

Agentlik xatırladıb ki, katolikliyin təlimlərinə görə, homoseksuallara hörmətlə yanaşmaq lazımdır, baxmayaraq ki, homoseksual hərəkətlər “təbii olaraq pisdir”.

Papa homoseksuallığın dəb halına gəldiyini də vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1656
avatar

Fidan İlqar

Oxşar yazılar