“Hizbullah”ın yeni məhv edilən yüksək rütbəli  komandirləri - SİYAHI
09 oktyabr 2024 17:17 (UTC +04:00)

“Hizbullah”ın yeni məhv edilən yüksək rütbəli komandirləri - SİYAHI

İki gün əvvəl İsrail ordusuna məxsus 100 döyüş təyyarəsi Livanın cənub bölgələrinə zərbələr endirib. 

Lent.az-ın xarici KİV-ə istinadla bildirdiyinə görə, məlum olub ki, pilotsuz təyyarələrin əsas hədəfi “Hizbullah” terror qruplaşmasının ölkənin cənubundakı bölmələrinin yeraltı qərargahları, yəni Naser, Bader, Aziz strukturları və Radvan qüvvələrinin bu bölgədəki bölmələri olub.

Bu illər ərzində “Hizbullah” terror təşkilatının cənub cəbhəsi Livanın cənubunda geniş infrastruktur və yeraltı komandanlıq məntəqələri yaradıb. Onların məqsədi döyüş əməliyyatları zamanı İsrail ordusunun qüvvələrinə zərbələr endirmək və Qalilei yaşayış məntəqəsinə hücumlara hazırlaşmaqdır.

Məlumata görə, hücumlar nəticəsində “Aziz” bölməsinin 50 infrastruktur obyekti, “Naser” bölməsinin 30 obyekti və “Badar” bölməsinin 5 obyekti məhv edilib. Həmçinin Livanın cənubunda Radvan qüvvələri ilə əlaqəli 10-a yaxın hədəf, kəşfiyyat qərargahı və 30-a yaxın orta mənzilli raket sistemi də hücuma məruz qalıb.

Hücumlar nəticəsində ən azı 50 “Hizbullah” terrorçusu öldürülüb, o cümlədən:

Bent-Cabildəki hücum bölgəsində Radvan qüvvələrinə cavabdeh olan Əhməd Həsən Nazal;

• ⁠Hassin Talal Kamal, Hacir sektoruna cavabdeh;

• Mossa Diav Barakat, Hacirin gediş sektoruna cavabdeh;

• Mahmud Musa Karniv, Hacir sektorunda əməliyyatlara cavabdeh;

• Bint-Cabil sektorunda artilleriya komandiri Əli Əhməd İsmayıl;

• ⁠Abdullah Ali Dakik, Hacir sektorunda artilleriya komandiri.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1965
avatar

Oxşar yazılar