“Hizbullah”a pilotsuz təyyarələri  Rusiya verib - İDDİA
11 oktyabr 2024 15:26 (UTC +04:00)

 “Hizbullah”a pilotsuz təyyarələri Rusiya verib - İDDİA

Son məlumatlara görə, Rusiya “Hizbullah” terror təşkilatına pilotsuz uçuş aparatlarını (PUA) ötürüb və silahlılarına təlimlər keçir.

Lent.az-ın xarici KİV-ə istinadla xəbərinə görə, eyni zamanda, Rusiyanın Yəmən husiləri ilə gəmi əleyhinə raketləri onlara ötürmək üçün danışıqlar aparması Moskvanın regional münaqişələrdə artan təsirini göstərir.

Daha əvvəl Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova qeyd edib ki, mülki əhali arasında əhəmiyyətli itkilərə baxmayaraq, “Hizbullah” öz hərbi strukturunu qoruyub saxlayır və fəaliyyətini davam etdirir.

Bundan əlavə, “Reuters” xəbər agentliyi daha əvvəl xəbər vermişdi ki, Rusiya 300 kilometrə qədər məsafədəki hədəfləri vura bilən P-800 gəmi əleyhinə raketlərin husilərə verilməsini müzakirə edir.

Ekspertlər hesab edirlər ki, bu cür raketlər Qırmızı dənizdə ABŞ və Avropanın ticarət və hərbi gəmiləri üçün təhlükəni artıra bilər. Bildirilir ki, oxşar raketlər daha əvvəl “Hizbullah”a da verilib.

Rusiya və İranın nüvə sahəsində əməkdaşlığı davam etdirdiyi də məlum olub. ABŞ dövlət katibi Antoni Blinken deyib ki, Moskva Tehranla lazımi texnologiyaları bölüşür və Ukraynaya qarşı müharibədə istifadə oluna biləcək ballistik raketlərin partiyasını alıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2067
avatar

Oxşar yazılar