Hindistan ştammı artıq 92 ölkəni CƏNGİNƏ ALIB
22 iyun 2021 08:23 (UTC +04:00)

Hindistan ştammı artıq 92 ölkəni CƏNGİNƏ ALIB

“İlk dəfə Hindistanda aşkarlanan Delta koronavirus ştammı bu günə qədər 92 ölkədə qeydə alınıb”.

APA xəbər verir ki, bunu ÜST mütəxəssisi Maria van Kerxove brifinqdə söyləyib.

Xüsusi narahatlığını ifadə edən ÜST rəsmisi Hindistan ştammının daha sürətlə yayıldığını bildirib: “Bəzi peyvəndlər Delta variantına qarşı daha az təsirli olur, lakin hər halda ağır xəstəliklərin və ölümün qarşısını alır”.

Kerxovenin sözlərinə görə, gələcəkdə koronavirusun digər mutasiyaları istisna edilmir ki, bu da peyvəndlərin effektivliyini azalda bilər.

# 1155
avatar

Oxşar yazılar